Avropalı Jurnalistlər Assosiasiyası Sülh Platformasına qoşulub

Ermənistan-Azərbaycan Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev, Sülh Platformasının üzvləri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə təmsilçisi Ümid Mirzəyev,  Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov, Avropalı Jurnalistlər Assosiasiyasının  idarə heyətinin rəhbəri, Türkiyə Jurnalistlər Assosiasiyasının  üzvü, Ankara Jurnalistlər Cəmiyyətinin üzvü Adnan Fişenk ilə görüş keçiriblər.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Fişenk Sülh Platformasının ideyalarını tam dəstəklədiyini bildirərək, Ermənistan-Azərbaycan Sülh Platformasına dəstək aktını imzalayıb və bu barədə bəyanat verib.

 

Bəyanatda deyilir:

 

“Mənim fikrimcə,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, yeganə düz yoldur. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Eləcə də münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində bu iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışı və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Yuxarıda qeyd etdiyim səbəblərə görə, bu təşəbbüsə öz dəstəyimi ifadə edərək, əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ