Azərbaycana gələn erməni qadın Alxanlıda ölən dinc sakinlərin məzarını ziyarət edib

“Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib.

 

Platformanın mətbuat xidmətindən APA-ya bildirilib ki, Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.

 

Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabanda Heydər Əliyevin, Müslüm Maqomayevin və Rəşid Behbudovunda məzarlarını ziyarət edib.

 

Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan danışıb.

 

Oksana Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın ofisində Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyevlə görüşüb. Görüş zamanı Oksana Altunyan iki qonşu ölkə arasında sülhün mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası üçün əlavə səylərin göstərilməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirib.

 

Əvəz Həsənov Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhfələrdən və təcrübədən danışıb. Konfliktoloq Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyə və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsinə diqqət çəkib.

 

Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülhquruculuq təşəbbüslərindən danışaraq, iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirib.

 

Orxan Nəbiyev hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd edib: “Heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülhquruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidir”.

 

Növbəti gün Oksana Altunyan, Dilarə Əfəndiyeva Orxan Nəbiyev Füzuli rayonunun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya  atəşi nəticəsində ölən 2 yaşlı Zəhra Quliyeva ilə nənəsi Sahibə Quliyevanın məzarını ziyarət ediblər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib.

 

Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb: "Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi mən də azərbaycanlılar və ermənilər arasında sülhün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.

 

Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və Ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxananın işçi heyətinə təşəkkürünü bildirib.

 

Oksana Altunyan 30 ildə Bakının daha da gözəlləşdiyini qeyd edən Altunyan illərlə həsrət qaldığı şəhərə gəldiyi çox xoşbəxt olduğunu vurğulayıb. O, yaradılan fürsət üçün Platforma üzvlərinə təşəkkür edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ