“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub

Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) araşdırmaçı jurnalist Araz Qurbanovun “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, təqdimatda müəlliflə yanaşı SAM rəhbəri Fərhad Məmmədov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Siyavuş Heydərov, habelə digər qonaqlar iştirak ediblər.

 

F. Məmmədov bildirib ki, kitab düşmən Ermənistanla informasiya savaşında yeni bir layihənin tərkib hissəsidir və bu, davam edəcək.

 

Ə. Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı, elmi rəyçi tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunublar, əsərdə əksini tapmış süni etno-siyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidlər barədə məlumat veriblər, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıblar.

 

Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287