Ermənistandan olan daha bir ictimai fəal Sülh Platformasına qoşulub  

Ermənistanda yaşayan ictimai fəalı, dilçi Hasmik Buniatyan  Ermənistan Azərbaycan  Sülh  Platformasına qoşulduğu barədə bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Mən Asmik Buniatyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü anlayaraq, beynəlxalq səviyyədə tanınmış  Ermənistan Respublikasının və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirəm. Münaqişənin  beynəlxalq hüquq çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti tam dəstəkləyirəm. Ermənistan və Azərbaycan xalqları əsrlər boyu birlikdə sülh içində yaşayıb. Dərin təəssüf hissi ilə iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil etdiyini qeyd etmək istəyirəm. Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsillərin sülh və rifahı naminə, münaqişənin tez bir zamanda dayandırmaq lazımdır. 25-dən çox il davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm.  Bu səbəbdən, Cənubi Qafqazda sülhü bərpa edib və onu qorumaq məqsədi olan, Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Bu səbəbdən Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ