Həmsədr: “Ümid edirəm ki, prezidentlərin növbəti görüşündə müəyyən addımların atıldığı elan ediləcək”

hemsedr umid edirem ki prezidentlerin novbeti gorusunde mueyyen addimlarin atildigi elan edilecek

“Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”.

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın səsi" radiosunun Azərbaycan və Ermənistan xidmətlərinə müsahibəsi zamanı deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: “Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır”.

 

Səfir Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsiri məsələsinə də toxunub: “İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Bizim işimizdə bir-birimizlə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin biz işimizi davam etdirmək niyyətindəyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • simal cenib dehlizi ile yukdasimalarin hecmi artib
    “Şimal-Çənib” dəhlizi ilə yükdaşımaların həcmi artıb...
  • bakida sahibsiz itler birkalanacaq
    Bakıda sahibsiz itlər birkalanacaq
bakida sahibsiz itler birkalanacaq bakida sahibsiz itler birkalanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.0087
 
RR
0.0296