İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar kampaniya başladılıb

iranda 2 yasli zehranin oldurulmesi ile elaqedar kampaniya basladilib

İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı  törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya başladılıb.

 

APA-nın  Tehran bürosunun məlumatına görə, hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya “Yolpress” mətbu orqanı tərəfindən “Telegram” proqramında başladılıb.

 

Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib. "Yolpress" elan edib ki bu addımı siyasi, irq və coğrafiya bölgüləri nəzərə almadan atılıb və gələcəkdə də oxşar cinayətlər törədilərsə, pislənəcək: "Məqsədimiz uşaqların öldürülməsini pisləməkdir. Biz imzaları topladıqdan sonra tezliklə onları ölkənin siyasi və diplomatik rəsmilərinə təqdim edəcəyik".

 

Redaksiyası Urmiya şəhərində yerləşən “Yolpress” Azərbaycan və fars dilində yayımlanan mətbu orqandır. Əsasən Şərqi və qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.

 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

 

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ