İSESCO baş direktoru: “Dünyanın super gücləri Qarabağ probleminin həllində maraqlı deyil”

isesco bas direktoru dunyanin super gucleri qarabag probleminin hellinde maraqli deyil

"Dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil". 

 
 
APA-nın xəbərinə görə, bunu İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. 
 
 
Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: "Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi İSESCO-nun gündəliyində duran ən mühüm məsələlərdən biridir. Həm İSESCO, həm də bütün müsəlman dövlətləri Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Çalışacağıq ki, bu problemi hər zaman bütün üzv dövlətlərin diqqətinə çatdıraq və gələcəkdə sammit çərçivəsində müzakirəyə çıxaraq. Artıq vaxtıdır".
 
 
İslam dünyasının hazırda ağır çətinliklərlə üzləşdiyini deyən Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, bütün bu çətinlikləri aşmaq üçün İslam dünyası birgə çalışmalıdır: "Bölgəmizdəki bu ağır vəziyyətin əsas səbəbi odur ki, dünyanın super gücləri ədalətsizliyə yol verir  və beynəlxalq hüququ təmin etmir. Bəzi hallarda problemin həllinə çalışmaqdansa, gərginliyi daha da artırırlar. BMT Təhlükəsizlik Şurası istənilən bölgədə sülh və təhlükəsizliyi təmin etmirsə, vəzifəsini layiqli şəkildə icra etmirsə, digər qurumlardan nə gözləyə bilərik?!"

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279