Kamran İmanov: “Ərazi iddialarının əsaslandırılması üçün mədəni irsimizə təcavüz edilir”

kamran imanov erazi iddialarinin esaslandirilmasi ucun medeni irsimize tecavuz edilir

“Ərazi iddialarını əsaslandırmaq məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edilir, Azərbaycan mədəni ənənələrinin mənimsənilməsində erməni ənənəsi davam etdirilir”.

 

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda keçirilən konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. 
 

O bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bugünkü şüarı “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi”dir: “Bu müraciət və şüar hamıya aiddir, bütün insanlara, o cümlədən 250 min Ermənistandan deportasiya olunan və 750 min öz ölkəmizdə məcburi köçkünə çevrilən azərbaycanlıya. Zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı dövlət sülh istəmir, yaranan vəziyyəti imkan çərçivəsində uzatmaq istəyir və təəssüflər olsun ki, bu hərəkətinə qərar verən beynəlxalq strukturlar tərəfindən heç bir təzyiqlə qarşılaşmır. Odur ki, liberal dəyərlərə riayət edənlərə ideoloji liberalizmin, liberal hüquq məktəbinin banisi İyeremiya Bentamın sözlərini xatırlatmaq istərdim: “Prinsiplərə və qaydalara riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar”.
 

Agentlik sədrinin sözlərinə görə, erməni saxtakarlıqlarını ifşa edən “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində keçirilən tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ