Kanadalı və ukraynalı deputatlar Donbas və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çağırıblar

Ukrayna Millətlər Assambleyasının  və “One free world international” beynəlxalq humanitar təşkilatının dəvəti ilə Kiyevdə olan Kanada parlamentinin deputatları Toni Klement və Keyti  Morin Vaqantolla Ali Rada keçirilən görüşdə Donbas münaqişəsi ilə yanaşı  Dağlıq Qarabag münaqişəsindən də danışılıb.

 

Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, görüşdə Ali Radanın vitse spikeri Oksana Sıroid, deputatlar Mixail Bondar, Nikolay Velçikov, Georgi Loqvinskiy və Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, o cümlədən təşkilatın rəhbəri Rev Macid Əl Şəfi iştirak edib.

 

Kanada ilə əməkdaşlıq çərçivəsində Ukraynaya hazırkı münaqişə fonunda mümkün kömək ətrafında aparılan müzakirə zamanı keçmiş Sovet ölkələrindəki münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. R. Tağıyev görüş iştirakçılarına Ukraynadakı etnik xalqların hazırkı situasiyada fəal iştirakı ilə yanaşı, həmçinin eyni  münaqişə əziyyətinin vətəni Azərbaycanın da çəkdiyi , tarixi vətəninin bu münaqişə nəticəsində 20 faiz torpağının hələ də işğalda olması barədə məlumat verib. Kanadalı və Ukraynalı deputatlar müzakirələrdə Donbasla yanaşı Dağlıq Qarabağ münaqişəsinin də tezliklə həll olunmasına çağırıb, əks halda hazırkı status kvonun qaldıqca daha çox fəsada yol açacağından danışıblar, beynəlxalq əməkdaşlıqda bu məsələlərin birgə qaldırılması barədə razılığa gələrək mətbuata bəyanat veriblər.  Görüşdə münaqişə bölgəsinə humanitar köməyin gücləndirilməsi ilə yanaşı həmçinin Ukraynada yaşayan milli azlıqların fəaliyyəti də müzakirə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ