Maksim Şevçenko: “Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının inkişafı ilə həll edilə bilər”

maksim sevcenko qarabag munaqisesi yalniz rusiya turkiye iran formatinin inkisafi ile hell edile biler

”Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər”.

APA-nın məlumatına görə, bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda Rusiya prezidenti yanında yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko deyib. 

M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri, xüsusən ABŞ münaqişənin həllində maraqlı deyil: “Münaqişənin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün məcburi köçkünlərin qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir. Münaqişənin hərbi həlli yoxdur. Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiyaya qədər dəhliz tələb edəcək, Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiyada olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir. Ən yaxşı format “üçbucağ”ın yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək. Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəlikdə olacaq”.

M. Şevçenko qeyd edib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır: “Buna görə də Rusiya balanslaşdırılmış siyasət aparmalıdır. Bununla yanaşı, mən hazırda Ermənistanda mövcud problemlərə də böyük həyəcanla yanaşıram”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ