Moldova prezidenti: “Dağlıq Qarabağ münaqişəsi ilə müqayisədə, Dnestryanı problemini həll etmək daha asandır”

moldova prezidenti dagliq qarabag munaqisesi ile muqayisede dnestryani problemini hell etmek daha asandir

Dağlıq Qarabağ Dnestryanı münaqişələrini müqayisə etdikdə, Moldovanın bəxti daha çox gətirib, çünki Dnestryanı problemini həll etmək daha asandır”. Bu barədə, Moldova prezidenti İqor Dodon 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.   

 

Separatçılığın yayılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin mümkün addımlarına dair sualını cavablandıran İ.Dodon, Dnestryanı probleminin həllinə yalnız Qərb-Moskva münasibətlərinin yaxşılaşmasından sonra nail olacağını hesab etdiyini bildirib.

 

“Mən ümid edirəm ki, postsovet məkanında həll olunmamış bütün məsələlər dinc yolla həllini tapacaq. Hər kəsin öz həqiqəti var.  Biz hamımız gələcəyə baxmalıyıq, bütün bu vəziyyətlərdən  çıxış yollarını taparaq, birlikdə irəliləməliyik. Bu münaqişə ilə (Dağlıq Qarabağ münaqişəsi-red.) müqayisədə, Moldovanın bəxti daha çox gətirib, çünki bizim problemi (Dnestryanı problemini – red.) həll etmək daha asandır.

   

Hesab edirəm ki, Qərb-Moskva münasibətləri yaxşılaşdıqdan sonra bu problemi bütün postsovet məkanında məhz Moldovada çox asan həll etmək mümkün olacaq. Həmin həll variantı başqaları üçün mürəkkəb vəziyyətlərdə nümunə ola bilər”, - deyə İ.Dodon qeyd edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301