Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək

moskva dagliq qarabag munaqisesinin nizamlanmasinda italiyanin atet deki sedrliyinin seylerini destekleyecek

“İtaliya sədrliyinin ATƏT-in regional münaqişələrin nizamlanması üzrə səyləri davam etdirmək niyyətini tam dəstəkləyirik”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının Vyanadakı iclasında bildirib.  

 

“İlk növbədə bu Ukraynanın şərqindəki böhrana aiddir. Böhranın danışıqlar yolu ilə nizamlanmasında İtaliya sədrliyinin konstruktiv rol oynayacağına ümid edirik. Münaqişə tərəfləri – Kiyev, Donetsk və Luqansk arasında birbaşa danışıqların əsas formatı olan Təmas Qrupunun hərtərəfli dəstəyi gərəkdir. Minskdə əldə olunan və BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi “Tədbirlər kompleksi”nin tam icrası Donbasda sülhün bərpa olunmasının əsas açarı olaraq qalmaqdadır. Atəşkəs, silahların təmas xəttindən geri çəkilməsi, siyasi paketin tam icrası -  Donbasa xüsusi statusun verilməsi, Konstitusiya islahatının aparılması, amnistiyanın elan edilməsi və yerli seçkilərin keçirilməsi təmin edilməlidir. Bundan başqa, sədrlik ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının obyektiv və qərəzsiz fəaliyyətini təmin etməlidir.  

 

Səylər həmçinin digər münaqişə zonalarında da zəifləməməlidir. Biz Kosovo probleminin BMT TŞ-nin 1244 qətnaməsi əsasında həllində maraqlıyıq. Həmçinin Dnestryanı və Dağlıq Qarabağ nizamlanması prosesində də İtaliya sədrliyinin səylərini dəstəkləyəcəyik. Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə diskussiyaları çərçivəsində Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında dialoqun dəstəklənməsində ATƏT-in rolunu yüksək qiymətləndiririk”, - deyə Aleksandr Lukaşeviç qeyd edib.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279