Novruz Məmmədov: "Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsındə ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır"

novruz memmedov serq terefdasligi sammitinin beyannamesinde erazi butovluyu ve suverenliyi ile bagli qerar boyuk ehemiyyet dasiyir

"Dünyada çox gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişənin həllinə diqqət sanki azalıb: "Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan prezidenti ilə görüşlər keçirdi. Aİ və ATƏT nümayəndələri də səfərlər etdilər və görüş keçirdilər. Proses gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə cəhd edir".

 

Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ğlkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: "Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:52 20 Yanvar
09:26 20 Yanvar
07:44 20 Yanvar
23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye prezidenti yeniden ermenistana arxivleri acmagi teklif edib
    Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təkl...
  • nesimi nebizade ile ana xeber bloku 20 yanvar
    Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku –20 yanvar
nesimi nebizade ile ana xeber bloku 20 yanvar nesimi nebizade ile ana xeber bloku 20 yanvar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301