Prezident İlham Əliyev: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır” - YENİLƏNİB

prezident ilham eliyev dunya birliyi dagliq qarabagi azerbaycanin ayrilmaz erazisi kimi taniyir yenilenib

Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanın  prinsipial mövqeyi ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir: “Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.

 

Prezident İlham Əliyev xatırladıb ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə  “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib: “Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.

 

***

 

17:19

 

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb.

 

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279