Rəsmi Moskva: Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyirik

resmi moskva dagliq qarabag munaqisesinin hellini urekden isteyirik

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib.

 

Brifinq zamanı erməni jurnalist Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından birindən sitat gətirib. Sitat ATƏT-in Minsk qrupunun destruktiv fəaliyyəti ilə bağlı olub. "Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini destruktiv adlandırıb. Həmsədr ölkə kimi, Rusiya Azərbaycan prezidentinin fikirlərinə necə münasibət bəsləyir?" - deyə jurnalist soruşub.

 

M. Zaxarova cavabında bildirib ki, söhbətin konkret olaraq hansı həmsədrdən getdiyini dəqiqləşdirmək gərəkdir: "Siz Azərbaycan tərəfi ilə hansı həmsədr ölkədən söhbət getdiyini dəqiqləşdirin. Biz öz ünvanımıza bunu götürə bilmərik. Uzun illər ərzində Rusiya səmimi və vicdanlı məqsədini sübut edib. Ürəkdən istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyevde qarsidurmalar zamani iki polis emekdasi xesaret alib
    Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb...
  • turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2
    Türkiyədə törədilən partlayış nəticəsində yaralananların say...
turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 18 Oktyabr, 2017

USD
1.7003
 
EUR
2.0028
 
RR
0.0297