Fransa səfiri: “Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz”

fransa sefiri dagliq qarabag meselesinde status kvo davam ede bilmez

"ATƏT-nın Minsk qrupu danışıqlar prosesində həmişə fəaldır".

 

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

 

Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur.

 

On gündən sonra həmsədrlərin bölgəyə səfər edəcəyini deyən fransalı diplomatın sözlərinə görə, Minsk qrupunun missiyası münaqişənin həlli yollarının tapılmasına şərait yaratmaqdır, lakin yekun qərarı onlar qəbul etmirlər.

 

Səfir əlavə edib ki, bu ilin mart ayında Ollandla Sarkisyan arasında görüş zamanı Fransa dövlət başçısı Azərbaycan və Ermənistan prezidentlərini qəbul edib, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

 

Səfirin qənaətinə görə, üç məlum prinsipə əsaslanan hərtərəfli yekun həllin  tez bir zamanda tapılması üçün hər şey etmək lazımdı. J. Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqtəyi nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz.

 

“Status-kvo davam edə bilməz”, - deyə səfir bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285