Ukraynanın mədəniyyət işçisi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

ukraynanin medeniyyet iscisi ermenistan azerbaycan sulh platformasina qosulub

Ukraynanın mədəniyyət işçisi Adelya Marçenko Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat yayıb.
 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
 

”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edirəm. Lakin bu məsələnin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəsləyərək həllinin mümkün olduğunu düşünürəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə öz dəstəyimi bildirirəm. 


  
Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ