Bu gün Tiflisdə “Qərbi Avropanın gələcəyi” adlı beynəlxalq konfrans başlayacaq

Bu gün Tiflisdə “Qərbi Avropanın gələcəyi” adlı beynəlxalq konfrans başlayacaq
# 01 noyabr 2007 08:15 (UTC +04:00)
Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində “Qərbi Avropanın gələcəyi” adlı beynəlxalq konfrans başlayacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Avropa Şurasının baş katibi Terri Devis, ATƏT-in baş katibi Mark Perrin de Brişambo, ABŞ dövlət katibinin müavini Daniel Frid və İsveçin xarici işlər naziri Karl Bildtin konfransda iştirak etmək üçün Tiflisə gələcəyi gözlənilir. Gürcüstan hökuməti və Almaniyanın Marşall Fondu tərəfindən təşkil olunan tədbirə xarici ölkələrin diplomatları, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev, ekspertlər və media nümayəndələri də qatılacaq. Bu gün axşam keçiriləcək ilk sessiyada demokratikləşmə və islahatlar mövzusu müzakirə olunacaq. Noyabrın 2-də isə Avropa Qonşuluq Siyasəti, enerji təhlükəsizliyi və münaqişələrin həlli məsələləri müzakirə ediləcək. Həmin gün Tiflisin mərkəzində müxalifətin mitinqi keçiriləcək, ancaq toplantı iştirakçıları bu aksiyanı müşahidə edə bilməyəcəklər. Çünki onların Siqnaxi şəhərinə səfəri nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR