Əfv Komissiyasının yekun iclası keçirilib

Əfv Komissiyasının yekun iclası keçirilib
# 16 may 2025 17:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, bu gün bu il üzrə komissiyanın 7-ci, sonuncu iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb. Bu il keçirilən, 3 ayadək davam edən toplantılarda ümumlikdə 800-dən çox müraciətə baxılıb. Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR