MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar ekspert və İşçi qrupları yaradıb

MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar ekspert və İşçi qrupları yaradıb
# 08 dekabr 2023 16:42 (UTC +04:00)

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən, hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR