MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını açıqlayıb

MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını açıqlayıb
# 03 avqust 2024 15:20 (UTC +04:00)

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, ümumilikdə indiyə qədər 14506 nəfər yerli müşahidəçi qeydiyyata alınıb.

Onların 5477-si MSK-da, 9029-u DSK-larda akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR