MSK sədri: Vəziyyəti bilə-bilə gərginləşdirən namizədə xəbərdarlıq edilməlidir

MSK sədri: Vəziyyəti bilə-bilə gərginləşdirən namizədə xəbərdarlıq edilməlidir
# 10 avqust 2024 18:31 (UTC +04:00)

Yeri oldu-olmadı namizədi cəzalandırmaq yolu tutmuruq, xoş məramları heç kəsə sui-istifadəyə şərait yarada bilməz.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, hansı namizəd bilə-bilə vəziyyəti gərginləşdirmək istəyir, onlar haqqında birinci Seçki Məcəlləsinin tələbinə uyğun xəbərdarlıq edilməlidir: “Bu xəbərdarlıq nəinki dairəyə bütün ölkəyə yayılmalıdır. Heç bir namizədin hüququ yoxdur, digər namizədin haqqına girsin. Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək. Bu, DSK-ların borcudur. DSK-lar hökmən bu məsələlərlə bağlı dəqiq məlumatları bizə çatdırmalıdır. DSK məcəllənin tələbinə uyğun xəbərdarlıq edəndə də yazmalıdır ki, bu cür tədbir bir də keçirilsə, hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR