Növbədənkənar prezident seçkilərinin nəticələri 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək

Növbədənkənar prezident seçkilərinin nəticələri 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək
# 08 dekabr 2023 22:52 (UTC +04:00)

Növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq olunması üçün 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

APA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Növbədənkənar prezident seçkilərində bu müddət 2024-cü il fevralın 17-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR