Seçki prosesində yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır

Seçki prosesində yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır
# 21 iyun 2024 12:31 (UTC +04:00)

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problem aradan qaldırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, qüvvədə olan qanuna əsasən, seçki zamanı partiyaların, seçki bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında hər bir səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsinin verilmə tarixi də göstərilməlidir. Sənədlərdə şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməsi tələbi seçkidə namizədlərə, referendum üzrə təşəbbüs qrupunun üzvlərinə, vəkil edilmiş şəxslərə və digərlərinə də şamil olunub.

Ancaq yeni nəsil şəxsiyyət vəsiqələrinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, “vəsiqənin verilmə tarixi” deyil, “etibarlılıq müddəti” göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Layihəyə əsasən, şəxsiyyət vəsiqəsinin ya verilmə tarixi, ya da etibarlılıq müddətinin göstərmək yetərli olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR