Spiker deputatlara irad bildirib, onları büdcə müzakirələrinə ciddi yanaşmağa çağırıb

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 07 iyun 2024 12:13 (UTC +04:00)

“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Sahibə Qafarova deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR