STM-də yeni təyinat olub

STM-də yeni təyinat olub
# 15 may 2025 13:01 (UTC +04:00)

Çıraqov Elnur Vaqif oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev mayın 13-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elnur Çıraqov 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR