Azərbaycan prezidenti yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib

azerbaycan prezidenti yungul atletika uzre dunya cempionu ramil quliyevi tebrik edib

Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi yüngül atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Əziz Ramil. İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

 

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

 

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301