Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

baki seher bas polis idaresi milli suranin mitinqi ile bagli xeberdarliq edib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

 

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

 

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar". 

 

Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müraciət edib. BŞİH Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə razılıq verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:53 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin turkiyeye resmi seferi basa catib
    Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb...
  • agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur
    Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulu...
agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2018

USD
1.7
 
EUR
2.0771
 
RR
0.0276