MM-in komitə sədri Seçki Məcəlləsinə edilən dəyişiklikləri şərh edib

mm in komite sedri secki mecellesine edilen deyisiklikleri serh edib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə edilən son dəyişiklikləri şərh edib.

 

Komitə sədri APA-ya açıqlamasında bildirib ki, 2010-cu il 18 iyun tarixli 1035-VQD nömrəli qanunu ilə Seçki Məcəlləsində dəyişikliklər edilərək qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı müddəalar məcəllədən çıxarılıb.

Ə. Hüseynli deyib ki, əvvəllər qeydə alınmış namizədlər istifadə etdikləri pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini həmin vəsaitdən ödəyirdilər, istifadə edilməmiş vəsaiti isə geri qaytarırdılar: “Bununla bağlı bir sıra maddələr məcəllədən çıxarılsa da, 162, 164, 195 və 197-ci maddələr ləğv edilməmişdi. Bu isə məcəllədə daxili ziddiyyətlər yaradırdı. Belə ki, hazırda qüvvədə olan məcəllənin 80.6-cı və 83.9-cu maddələrinə uyğun olaraq namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna pulsuz efir vaxtı verilməsi və dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılması ilə əlaqədar çəkilən xərclər müvafiq olaraq teleradio verilişləri təşkilatlarına, dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən ödənilir. Bu səbəbdən layihədə məcəllənin 162, 164, 195 və 197-ci maddələrinin ləğv edilməsi, 73-1.2-ci, 90.7-ci maddələrində isə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişikliklər komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılır.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289