Erməni deputat: "Bakıda təhlükəsizliyimizlə bağlı narahatlığımız yoxdur" - YENİLƏNİB

ermeni deputat bakida tehlukesizliyimizle bagli narahatligimiz yoxdur yenilenib

"Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".

 

APA-nın məlumatına görə, bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

 

O, tətillərini Bakıda keçirdiyini bildirib: "Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".

 

Erməni deputatın sözlərinə görə, Bakıya gəlmələri ilə bağlı məsələlər "Avronest"in katibliyi və Azərbaycanın "Avronest"dəki katibliyi tərəfindən operativ həllini tapıb: "Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki, biz Bakıya gedirik. Amma həll olundu. Mən əminəm ki, bunlar siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana periodik səfərləri olmur. Münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi yoxdur".

 

Armen Aşotyan təhlükəsizlik məsələlərinin onları narahat etmədiyini bildirib.

 

"Biz ona görə gəldik ki, "Avronest" bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Həm də ona görə gəldik ki, avropalı deputatların burada olmasından istifadə edilərək, belə bir tədbirdən təbliğat və antiErmənistan ritorikası üçün istifadə oluna bilərdi. Təəssüf ki, bəzi çıxışlarda belə ritorikalar oldu. Ancaq nəzərə almaq lazımdı ki, biz bura Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməmişik", - deyə o vurğulayıb.

 

Erməni deputat Şuşada olduğunu, orada məscidə baş çəkdiyini də deyib: "Bilirəm ki, iranlı memarlar məscidin rekonstruksiyasında Ermənistanın müvafiq institutlarına kömək edirlər. Çünki məscidin buna ehtiyacı var".

 

A. Aşotyan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində yeganə legitim formatın Minsk qrupu olduğunu da bildirib: "Bu çərçivədə danışıqlar aparılır. Təəssüf ki, ötən il Azərbaycan tərəfindən aprelində hərbi əməliyyatların yenilənməsi ilə bu proses pozuldu.  Bu gün Minsk qrupunun fəaliyyəti tərəflər arasında etimadın bərpasına yönəlib. Bilirsiniz ki, Vyana və Sankt-Peterburq görüşlərində belə bir qərar verildi ki, ATƏT-in monitorinq missiyasının mandatı genişləndirilməli, təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır. Yalnız etimad atmosferi yaratmaqla danışıqların növbəti raunduna keçmək olar. Qarabağ məsələsi sülh yolu ilə, beynəlxalq ictimaiyyətin təhlükəsizlik zəmanəti, xalqların öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü çərçivəsində həll  olunmalıdır. Bu prinsiplər danışıqlar masasında olmalıdır, necə ki, indiyə kimi də olub. Hazırda bütün tərəflərin bu prosesdə müvafiq addımlar atılacağına dair razılaşmadan imtina etməmələri vacibdir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295