Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əsasnaməsi təsdiq edilib

kicikhecmli gemilere nezaret ve sularda xilasetme dovlet xidmetinin esasnamesi tesdiq edilib

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, fərmana əsasən,  Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli; kiçikhəcmli gəmilərin, yanalma körpülərinin və dənizkənarı kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu qaydalarını təsdiq edib Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.

 

Nazirlər Kabinetinə həmçinin kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının  Fərmana uyğunlaşdırılmasını təmin etmək tapşırığı verilib.

 

Fərmana görə, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ