Prezident İlham Əliyev "Hacı Cavad" məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb

prezident ilham eliyev haci cavad mescidinin sokulmesini ozbasina heyata keciren vezifeli sexsi cezalandirib

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.

 

Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, hələ aprel ayında prezident İlham Əliyev "Sovetski" adlanan ərazidə "Hacı Cavad" məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.

 

"Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra "Hacı Cavad" məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib", - deyə Ə. Həsənov qeyd edib.

 

Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb: "Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib".

 

Ə. Həsənov diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev artıq tutduğu vəzifədən azad edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sergey lavrov munaqisenin helli ile bagli menyu masa uzerindedir
    Sergey Lavrov: “Münaqişənin həlli ilə bağlı menyu masa üzəri...
  • cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib
    Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib...
cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287