Siyavuş Novruzov: “Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil”

siyavus novruzov mescid yigisib qerarlar qebul etmek ucun yer deyil

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Bakıdakı Hacı Cavad məscidi ilə bağlı yaranan vəziyyətə münasibət bildirib.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov ara qatmaq istəyən qüvvələrin olduğunu bildirib.

 

“Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsin”, - deyə o vurğulayıb.
 

Bu il Azərbaycanda İslam Həmrəyliyi İli olduğunu xatırladan deputat qeyd edib ki, 57 müsəlman ölkəsindən nümayəndələr və dövlət başçıları ölkəmizə gələcək: “Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən artıq məscid fəaliyyət göstərir və bütün bunları görmək lazımdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ