Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib

strateji yol xeritelerinde nezerde tutulmus tedbirlerin icrasi muzakire edilib

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı iclas keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda strateji yol xəritələrinin Tədbirlər Planlarında İqtisadiyyat Nazirliyinin əsas və digər icraçı olduğu, eləcə də nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrində təsbit olunmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib, əsas və alt işçi qruplarının üzvlərinin tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib.

 

Eyni zamanda, Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin strateji yol xəritələri ilə bağlı tapşırıqlarının tam icrasının təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin "Strateji yol xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrasının sürətləndirilməsi sahəsində əlavə tədbirlərin görülməsi və icra intizamının daha da gücləndirilməsi barədə" əmrinin icra vəziyyəti və görülməli olan işlər müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

 

İclasda həmçinin, İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə koordinasiyanın təşkili üçün iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupları üçün müəyyənləşdirilmiş tələblər, eləcə də bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə koordinasiyalı fəaliyyətinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 19 Fevral
Video
09:04 19 Fevral
10:47 18 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabahdan bayildaki surusme zonasinda yasayan 67 aileye kiraye haqlari verilecek
    Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kiray...
  • 191 dovlet emlaki satisa cixarilacaq
    191 dövlət əmlakı satışa çıxarılacaq
191 dovlet emlaki satisa cixarilacaq 191 dovlet emlaki satisa cixarilacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Fevral, 2018

USD
1.7001
 
EUR
2.1108
 
RR
0.0301