İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb - YENİLƏNİB

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb - <span style="color: red;">YENİLƏNİB
# 27 fevral 2018 13:16 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb.

APA-nın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

***

15.56

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq.

APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. YAP fevralın 22-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.

Seçki Məcəlləsinə əsasən MSK sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR