Türkiyədəki Azərbaycan diasporları Abdullah Gülün Ermənistana səfərinə etiraz edirlər

Türkiyədəki Azərbaycan diasporları Abdullah Gülün Ermənistana səfərinə etiraz edirlər
# 05 sentyabr 2008 15:08 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda idmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tövhələrin danılmaz olduğu bildirilir: “Bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum olaraq TADF Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir. Lakin TADF hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz. Az qala hər gün Şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb də bilməzlər. Ağrıdağı Ararat adlandıraraq onu dövlət gerbində əks etdirən, ata-babalarımızı “soyqırım” törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edən, soydaşlarımıza qarşı qətliam törədən, Qarabağda “qondarma” dövlət yaradan ermənilər “ümümbəşəri dəyər” arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər”. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının yaydığı bəyanatda qeyd olunur ki, Ermənistan rəhbərliyinin Türkiyə prezidentini İrəvana dəvət etməsi Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan “güclü Ermənistan” naminə yararlanmaq məqsədi daşıyır: “Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq bu “matç izləmə dəvəti”nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR