DAK Avropa Parlamenti qarşısında aksiya keçirib

DAK Avropa Parlamenti qarşısında aksiya keçirib
# 11 sentyabr 2008 13:16 (UTC +04:00)
Brüssel. Ramil Məmmədli-APA. Dünən Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Avropa Parlamenti qarşısında İrandakı azərbaycanlıların milli haqlarının müdafiə etmək və İran hakimiyyətinin qeyri-fars millətlərə qarşı qeyri-insani əməllərinə etiraz etmək məqsədilə aksiya keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz aksiyasında Avropa ölkələrində, Amerikada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, DAK-ın fəxri sədri professor Qulamrza Səbri Təbrizi, GünAz TV-nin rəhbəri Əhməd Obalı, DAK Belçika təmsilçisi Ayhan Dəmirçi, DAK İdarə Heyətinin üzvü Nasir Məlikli, AMAT sözcüsü Cingiz Göytürk, GAİP Hollandiya təmsilçisi Araz Ataxan, Güney Türkmənləri Almaniya təmsilçisi Hacı Halimohammadi və digər təşkilatların nümayəndələri iştirak edib. Aksiyada çıxış edənlər İranda yaşayan 35 milyondan artıq Azərbaycan türkünün, qeyri-fars millətlərin milli və mənəvi haqlarının pozulması, farslaşdırma siyasətinə etiraz bildirilib. Aksiya iştirakçıları İran hökumətindən öz milli haqlarını tələb edən soydaşlarımıza qarşı həbs və işgəncələri dərhal dayandırmağı, edam və daş-qalaqlara son qoymağı, qeyri-fars millətlərə qarşı iqtisadi böhranları aradan qaldırılmasını, 5 milyon Azərbaycan türkünün öz ana dilində təhsil almasına tam şərait yaradılmasını tələb ediblər. Brüsselin “Place Schuman” meydanında baş tutan aksiyadan sonra Avropa Parlamentində parlamentarlara İranda son aylarda baş verən hadisələr və həbsdə olan soydaşlarımızla vəziyyəti ilə bağlı geniş məlumatlar verilib, bu problemlərin həlli üçün Avropa Parlamentindən dəstək istənilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR