Azərbaycanın Rusiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib
# 01 aprel 2009 07:26 (UTC +04:00)
Moskva. Tünzalə Vəliqızı-APA. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ölkəmizin Rusiyadakı səfirliyində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri qatılıb. Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu 1918-ci ildə ermənilərin Bakıda 4 gün ərzində törədikləri vəhşiliklər haqqında qısa məlumat verib. Səfirliyin ikinci katibi, siyasi elmlər namizədi Eldar Bayramov soyqırımın tarixi haqqında geniş məruzə edib. O, Şaumyanın başçılığı ilə 12 mindən artıq dinc əhalinin müxtəlif işgəncə üsulları ilə qətlə yetirildiyindən söz açıb. Azərbaycanı YUNESKO-da 16 il təmsil etmiş tanınmış tədqiqatçı jurnalist Ramiz Abutalıbov və digər çıxış edənlər də tarixə ekskurs edərək azərbaycanlıların başına açılmış müsibətlər barədə danışıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR