Azərbaycanlılar Dayanışma Dərnəyi İğdırda, Ermənistan sərhədi yaxınlığında mitinq keçirəcək

Azərbaycanlılar Dayanışma Dərnəyi İğdırda, Ermənistan sərhədi yaxınlığında mitinq keçirəcək
# 09 aprel 2009 15:10 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Azərbaycanlılar Dayanışma Dərnəyi Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair müzakirələrə etiraz olaraq yaxın günlərdə İğdırda böyük mitinq keçirməyi planlaşdırır. Dərnəkdən APA-ya verilən məlumata görə, mitinqin keçirilməsində məqsəd Ermənistana və sərhədlərin açılması ilə bağlı müzakirələr aparan AKP hökumətinə Türkiyədə yaşayan azərbaycanlıların etiraz səsini çatdırmaqdır. Azərbaycanlılar Dayanışma Dərnəyinin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayana qədər Ermənistanla sərhədlərin açılması mümkün deyil: “Ya sərhədlər açılmaz, ya da sərhədlər açıldıqda ermənilərə artıq unutqan olmadığımızı, onlara veriləcək iş və aşımızın olmadığını anlatmalıyıq. Deməliyik ki, ey ermənilər, AKP əli ilə xəyanətlər gerçəkləşdirib sərhədlər açıldığında sizi gül-çiçəklə qarşılamayacağıq. Real dünya AKP-nin vəd etdiyi xəyal dünyası kimi şirin deyil. Türkiyəyə gəlməyin, sizi istəmirik”. Timur Səlcukun rəhbərlik etdiyi Azərbaycanlılar Dayanışma Dərnəyinin İğdır mitinqinin tarihi yaxın günlərdə açıqlanacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR