Tiflisdə dövlət dilini yayan yeni QHT yaradılıb

Tiflisdə dövlət dilini yayan yeni QHT yaradılıb
# 01 dekabr 2009 12:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə “Gürcüstan azərbaycanlıları arasında gürcü dilini yayan cəmiyyət” adlı yeni QHT yaradılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təşkilatın sədri, pedaqoji elmlər doktoru, professor Alı Musayev seçilib. APA-ya açıqlamasında professor Alı Musayev bildirib ki, son illər Gürcüstanda dövlət dilinin öyrədilməsi ilə əlaqədar müəyyən məqsədyönlü işlər aparılır: “O cümlədən azərbaycanlıların kompakt yaşadığı yerlərdə fəaliyyət göstərən kursların işində bəzi nöqsanlar var. Təşkilatımızın əsas məqsədi Azərbaycan dilində tədris aparılan orta məktəblərin yuxarı sinif şagirdlərinə təmənnasız gürcü dilini öyrətmək, onları oxu vəsaitləri ilə təmin etmək, yerlərdə gürcü dili müəllimlərinin sosial həyat tərzini yaxşılaşdırmaq və dövlət dilini mükəmməl öyrənib və bu dildə təmiz danışan tələbələrə cəmiyyət tərəfindən təqaüd verilməsinə nail olmaqdır. Bildirim ki, dövlət dilinin öyrədilməsi işində gürcü və azərbaycanlı mütəxəssislər birgə fəaliyyət göstərəcəklər”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR