Kolumbiyada “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq aksiyalar keçirilib

Kolumbiyada “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq aksiyalar keçirilib
# 08 dekabr 2009 07:57 (UTC +04:00)
Bakı-APA. Kolumbiyanın Kartahena şəhərində “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq aksiyalar keçirilib. Aksiyalar “Dünya insanlıq irsinə” həsr edilmiş gənclərin milli festivalı çərçivəsində baş tutub. Bu barədə APA-ya Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) media departamentindən bildirilib. Bəhs olunan aksiyalar ərəfəsində “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının Kolumbiya üzrə milli Koordinatoru Xulian Riqo Mendezin təşkilatçılığı ilə yerli könüllülər tərəfindən kampaniyanın posterləri şəhərin mərkəzi küçələrində divarlara yapışdırılmış və kampaniya haqqında məlumat xatakterli bukletlər küçələrdə insanlara paylanılıb.
2500-dən şox gəncin qatıldığı festival zamanı “Ədalətsizliyə qarşı 1000 şəxs” adı altında insanlığa qarşı törədilən Xocalı qətliamını və faciənin qurbanlarına qarşı törədilmiş qeyri-insani davranışları pisləyən bəyannaməyə imza toplama kampaniyası həyata keçirilib.
Aksiyanın son günündə Kartehena Universitetində tələbələrlə görüşlər keçirilib, qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları günü münasibəti ilə Xocalı qətliamı haqqında dəyirmi masalar və diskussiyalar keçirilib və gələcəkdə bu kimi faciələrin təkrarlanmaması üçün analoji sülhməramlı aksiyaların keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR