Gürcüstanın 15 qeyri-hökumət təşkilatı və Krımdakı Azərbaycan icması ABŞ-ın cinayətkar rejimə maliyyə yardımını pisləyiblər

Gürcüstanın 15 qeyri-hökumət təşkilatı və Krımdakı Azərbaycan icması ABŞ-ın cinayətkar rejimə maliyyə yardımını pisləyiblər
# 18 dekabr 2009 07:08 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan azərbaycanlılar ABŞ prezidenti Barak Obamaya və Konqresə etiraz məktubu göndəriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərən 15 qeyri-hökumət təşkilatının məktubunda bildirilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar ABŞ-ın Cənubi Qafqazdakı münaqişələrin dinc yolla həllinə çalışmasını həmişə müsbət qiymətləndiriblər: “Lakin separatçı quruma maliyyə yardımı ayrılmasına qəti şəkildə etirazımızı diqqətinizə çatdırırıq. Münaqişənin çözülməsi mümkün olan bir ərəfədə Konqresin belə yanaşma tərzi bizi təəccübləndirir”.

Krımdakı (Ukrayna) Azərbaycan icması da ABŞ prezidentinə və “Freedom House” təşkilatına etiraz məktubları göndərib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR