Dərbənd şəhərinin 5000 illiyinə həsr olunmuş konfrans keçirilib

Dərbənd şəhərinin 5000 illiyinə həsr olunmuş konfrans keçirilib
# 21 dekabr 2009 14:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusiya Federasiyasının Dərbənd şəhərində “5000 il yaşı olan Dərbəndin Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq tarixində yeri və rolu” mövzusunda beynəlaxalq elmi-praktiki konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans Ümumrusiya Azərbaycan Konqresinin Dağıstan regional bölməsinin, Dərbənd şəhər Mədəniyyət İdarəsinin, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Dərbənd şəhərinin meri Feliks Kaziaxmedov, Dərbənd rayonunun İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan və Azərbaycanın tarixçi alimləri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Konfransda ilk öncə dərbəndli diyarşünas Hüseynbala Hüseynovun tərtib etdiyi “Dərbənd şəhərinin ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib. Çıxış edənlər qeyd ediblər ki, bu kitabda qədim Dərbəndin tarixi, tanınmış simaları haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Dərbənd şəhərinin meri Feliks Kaziaxmedov isə bildirib ki, son illərdə Azərbaycan preizdenti İlham Əliyev və Rusiya prezidenti Dmitriy Medvedevin səyləri nəticəsində iki ölkənin dostluq əlaqələri inkişaf edib, bu münasibətlərdə Dağıstanın, xüsusi ilə Dərbəndin böyük xidməti var. Konfransın yekununda Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə Heydər Əliyevin adının verilməsi üçün şəhər rəhbərliyinə müraciət qəbul olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR