Tiflisdə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib

Tiflisdə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
# 30 yanvar 2010 15:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Yanvarın 30-da Gürcüstan Ombudsman Aparatının binasında Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, assosiasiya əvvəlcə təşəbbüs qrupu kimi bir il fəaliyyət göstərib və keçən il dekabrın 8-də rəsmi qeydiyyatdan keçib.

Tədbirdə dövlət və hökumət, parlament nümayəndələri, ali məktəblərin rəhbərləri, azərbaycanlı və gürcü ziyalıları iştirak edib. Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılova, Tiflis şəhərinin meri Gigi Uqulava, Gürcüstan parlamentinin İnsan hüquqları komitəsinin sədri Georgi Arsenişvili, Gürcüstan ombudsmanı Georgi Tuquşi, Gürcüstan Ədliyyə Nazirliyinin icra bürosunun əməkdaşı Runar Hüseynov, Gürcüstan elm və təhsil nazirinin müavini Roland Surquladze, İ. Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Georgi Xubua, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə və başqaları çıxış edərək GATA-nın yaradılmasını alqışlayıblar və quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.

GATA-nın sədri S. İsmayılova APA-ya açıqlamasında bildirib ki, təşkilat gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələri birləşdirir. Tiflis meri G. Uqulava azərbaycanlı ölkə vətəndaşlarının Gürcüstan ali məktəblərində təhsil almasını mühüm fakt kimi qiymətləndirib: “Bilik inteqrasiya üçün ilkin zəmanətdir. Təhsil almadan cəmiyyətə inteqrasiya çox mürəkkəbdir. Eyni zamanda fəallıq olmadan cəmiyyətə inteqrasiya olmaq da çətindir. Bu nöqteyi-nəzərdən assosiasiya azərbaycanlı və gürcü tələbələri özündə birləşdirəcək və biz də onlara lazımi köməkliyi göstərəcəyik”.

İ. Cavaxişvili adına TDU-nun rektoru Georgi Xubua isə bəyan edib ki, azərbaycanlı tələbələr Gürcüstanın gələcəyinə inanmalıdır: “Biz istəyirik ki, azərbaycanlı gənclər Gürcüstanın siyasi və iqtisadi-mədəni həyatında daha çox təmsil olunsunlar. Buna görə onlara müasir standartlara uyğun təhsil lazımdır. Assosiasiyanın yaradılması çox sağlam təşəbbüsdür və biz bu quruma həmişə dəstək olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR