Sabah Krımda Polad Bülbüloğlunun yaradıcılıq gecəsi keçiriləcək

Sabah Krımda Polad Bülbüloğlunun yaradıcılıq gecəsi keçiriləcək
# 19 aprel 2010 11:22 (UTC +04:00)
Krım-APA. Sabah Franko adına Krım Respublika Kitabxanasında Azərbaycanın Rusiyadakl səfiri Polad Bülbüloğlunun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. “Krımın azərbaycanlı icması” İctimai Birliyinin sədri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə Polad Bülbüloğlunun Krım ictimaiyyətinə videomüraciəti nümayiş olunacaq. Bundan başqa tədbirdə onun mahnıları səslənəcək, “Qorxma, mən səninləyəm” filmindən fraqmentlər nümayiş olunacaq, soydaşımızın yaradıcılığına həsr olunmuş sərgi açılacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR