Lev Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına kabinet açılıb
11 may 2010 11:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Astanada Lev Nikolayeviç Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına kabinetin təntənəli açılış mərasimi keçirilib. APA-nın “Kazinform”a istinadən məlumatına görə, tədbirdə universitetin tələbə və müəllim heyəti ilə yanaşı Azərbaycanın və Qırğızıstanın Qazaxıstandakı səfirliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov universitet rəhbərliyinə və prezident Nursultan Nazarbayevə Astanada Azərbaycan Mədəni Mərkəzinin açıldığı üçün təşəkkürünü bildirib: “Mən əminəm ki, Azərbaycan xalqının çox sevdiyi Heydər Əliyevin adını daşıyan kabinet yalnız xatirə kabineti yox, qardaş xalqlar arasında dostluq kabineti olacaq”.
Universitetin rektoru Baxıtjan Abdraimov bildirib ki, kabinet yaratmaq ideyası keçən il yaranıb. BDU-nun 90 illiyi ilə bağlı tədbirlərdə iki təhsil ocağı rəhbərləri Bakıda Abay adına, Astanada isə Heydər Əliyev adına kabinetlərin açılması barədə razılığa gəliblər.
Heydər Əliyev adına kabinet Azərbaycan səfirliyinin iştirakı ilə yaradılıb. Orada Heydər Əliyev haqqında kitablar, iki ölkə xalqları arasında dostluq və digər mövzularda ədəbiyyat toplanıb. Tələbələrin müasir üsullarla təhsil alması məqsədi ilə kabinetdə genişformatlı televizor və İnternetə qoşulmuş kompüter yerləşdirilib.