DAK rəhbərliyi ABŞ və Kanadaya yola düşüb

DAK rəhbərliyi ABŞ və Kanadaya yola düşüb
# 20 may 2010 14:02 (UTC +04:00)
Bakı-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, konqresin Daimi Şurasının sədri Əjdər Tağızadə və qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli ABŞ və Kanadaya yola düşüblər.
DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar konqresin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün mayın 24-dək ABŞ-ın Nyu-York, mayın 24-dən 27-dək isə Kanadanın Ottava, Toronto və Vankuver şəhərlərində səfərdə olacaqlar. Səfər çərçivəsində DAK rəhbərliyi Nyu-York-da hər il ənənəvi olaraq keçirilən “Türk yürüşü”nə qatılacaq və Kanada parlamentində, Xarici İşlər Nazirliyində, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarında görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR