Böyük Britaniya Parlamenti Lordlar Palatasının, Azərbaycan-Avropa Cəmiyyəti Müşavirlər Şurasının üzvləri, britaniyalı iş adamlarından ibarət nümayəndə heyəti Qubada olub
07 iyun 2010 08:38 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Böyük Britaniya Parlamenti Lordlar Palatasının və Azərbaycan-Avropa Cəmiyyəti Müşavirlər Şurasının üzvlərindən, eləcə də britaniyalı iş adamlarından ibarət nümayəndə heyəti Qubada olub. APA-nın şimal bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara Quba barəsində ümumi məlumat verilib. Azərbaycanla iqtisadi və mədəni sahəldə yeni əlaqələr qurmaq niyyətində olduqlarını bildirən britaniyalı nümayəndələr qədim mədəniyyət mərkəzlərindən olan Qubaya xüsusi maraq göstərdiklərini qeyd ediblər. Onlar, həmçinin ermənilərin 1918-ci ildə Qubada törətdiyi vəhşi qırğınların əyani nişanəsi olan soyqırım məzarlığı ilə maraqlanıblar. Arxeoloq-alim Qəhrəman Ağayev soyqırım məzarlığına ziyarətə gələn qonaqlara dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncə ilə qətlə yetirilməsi barədə məlumat verib. Aərbaycan-Avropa Cəmiyyəti müşavirlər şurasının sədri Lord Con Lerd qeyd edib ki, Qubadakı soyqırım məzarlığında gizləndilmiş dəhşətli bir hadisənin üstü açılıb: “Biz bu konflikt barəsində eşitmişdik. Amma məzarlığı öz gözlərimizlə gördükdə burada insanlığa sığmayan cinayətin törədilməsinə əmin olduq. Biz bu qanlı hadisə barəsində lazımi məlumatları yayacağıq”.
Quba rayonu ilə tanış olan britaniyanlı iş adamları bu bölgədə iqtisadi layihələr həyata keçirmək niyyətində olduqlarını açıqlayıblar. Britaniyalı iş adamı Ceyms Bratveyt deyib ki, onlar Britaniya ilə Azərbaycan arasındakı biznes əlaqələrini genişləndirmək istəyirlər: “Bildiyiniz kimi, Britaniya biznes əlaqələrində Azərbaycanın əsas sərmayədarlarından biridir. Lakin bu əlaqələr əsasən neft və qaz sahəsində inkişaf edib. Biz istəyirik ki, partnyorluğumuz qeyri-neft sektorunda da təşəkkül tapsın. Məsələn, Quba xalçalarını çox bəyəndik və bu sahədə uğurlu biznes qurmaq olar”.
Bölgədə qeyri-neft sektorunun inkişafına Britaniya şirkətləri tərəfindən investisiya qoyulması barədə yaxın vaxtlarda rəsmi danışıqların aparılması nəzərdə tutulur.