“BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının internet səhifəsi istifadəyə verilib

“BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının internet səhifəsi istifadəyə verilib
# 11 iyun 2010 12:15 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya Respublikasında fəaliyyət göstərən “BUTA” Azərbaycan- Koreya Tələbə Təşkilatının internet səhifəsi ( www.buta.kr) açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saytda təşkilata aid ümumi məlumatlar, xəbərlər, tədbirlər, elanlar və digər yeniliklərlə tanış olmaq mümkündür.
Xatırladaq ki, bu təşkilatın təsis konfransı 2009-cu il martın 21-də Cənubi Koreyanın Seul şəhərində keçirilib. Qurumun yaradılmasından əsas məqsəd Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasıdır. “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının sədri Koreyanın Gyeongsang Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İxtisası üzrə magistrı Eltay Aslanovdur.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR