Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində erkən evliliyə qarşı aksiya keçirilib - FOTOSESSİYA

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində erkən evliliyə qarşı aksiya keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 avqust 2010 09:54 (UTC +04:00)
Faxralı. Nizami Məmmədzadə - APA. Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində Faxralı Gənclər Təşkilatının təşəbbüs qrupunun təşkilatçılığı ilə “Erkən evliliyə yox deyək” mövzusunda aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə yerli gənclər, ziyalılar, müəllimlər və Marneuli Gənclər Mərkəzinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər erkən evliliyin mənəvi-əxlaqi dəyərlərə və qanuna zidd olduğunu söyləyərək bunun fəsadları, sağlamlığa yaratdığı problemlərdən danışıblar.

Aksiya çərçivəsində əhali arasında erkən evlilik barədə xüsusi informasiya bukleti paylanıb və gənclərin əl işlərinin və çəkdikləri rəsmlərin sərgisi keçirilib.

Xatırladaq ki, Faxralı Gənclər Təşkilatının təşəbbüs qrupu bundan əvvəl “Siqaretə yox” şüarı altında aksiya keçirib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR